среда, 9 апреля 2014 г.

Dastanlar

Dastanlar şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır.Ədəbiyyatşünaslıqda dastana epos da deyilir.Dastanda həm nəsr. həm də nəzm olur.
Dastandakı hansı bir əhvalat,hadisə nəsrlə söylənilir,yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir.Bu xüsusiyyətinə görö dastan epik-lirik adlanan  xüsusi bir ədəbi növə aid edilir.
Dastanlar iki növə bölünür. Qəhrəmanlıq dastanları və məhəbbət dastanları.
Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən,onun haqq-ədalət və azadlıq uğrunda apardığı  mübarizədən bəhs edilir.Belə dastanların qəhrəmanları  xalq içərisindən  çıxmış  mərd, igid insanlar olur. Onlar  yadrlli  işğalçılara , eləcə  də  daxili düşmənlərə  ,mənfi  qüvvələrə  qarşı  igidliklə  mübarizə  aparır  və qalib  gəlirlər
Bu mübarizə  dastanda  bir  qayda  olaraq  ümumiləşdirilmiş  şəkildə  öz əksini tapır.
\

Комментариев нет:

Отправить комментарий